Ukraynada öldürülən uşaqların sayı 109-a çatdı

   Ukraynada öldürülən uşaqların sayı    109-a    çatdı
  18 Mart 2022    Oxunub:1075
Ukrayna mediası müharibə başlanandan bu günə kimi öldürülən uşaqların sayını açıqlayıb. AzVision.az xəbər verir ki, saytlar Baş Prokurorluğa istinad ediblər.
- Rusiya Federasiyasının silahlı təcavüzü nəticəsində martın 18-i səhər saatlarına olan məlumata görə 109 uşaq həlak olub. 130-dan çox uşaq isə yaralanıb. Baş Prokurorluğun yaydığı məlumatda qeyd edilir ki, uşaqlar ən çox Kiyevdə - 55, Xarkovda - 34, Donetskdə - 26, Çerniqovda - 29, Nikolayevdə - 20, Jitomirdə - 15, Sumıda - 14, Xersonda - 14 müharibə qurbanına çevriliblər.

"Son sutkada 5 muzdlu əsgər öldürülüb" - Rusiya mediası
Qeyd edilir ki, "Bombardman və top atəşləri nəticəsində 439-dan çox təhsil müəssisəsinə ziyan dəyib, onlardan 63-ü tamamilə dağıdılıb. Ən çox zərər çəkən təhsil ocaqları Donetskdə - 126, Xarkovda - 77, Nikolaevdə - 39, Sumıda - 32, Kiyevdə - 41, Xersonda - 21 və Kiyev şəhərində - 35 olub".

Baş Prokurorluq qeyd edib ki, aktiv döyüş əməliyyatlarının aparıldığı və müvəqqəti işğal olunmuş ərazilərdə hadisə yerlərinə baxış keçirmək imkanı olmadığından bu məlumatlar yekun xarakter daşımır, -məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Uşaq  



Xəbər lenti