Saytlar Litva Prezidenti Qitanas Nausedaya istinad ediblər. Qeyd edilir ki, Nauseda Litvanın ABŞ-ın söz verdiyi əlavə 400 əsgəri qəbul etdiyini söyləyib.
- Artıq ABŞ dövlət katibi Entoni Blinkenin vəd etdiyi əlavə 400 amerikalı hərbçi ölkəmizə gəlib. Kontingentin genişlənməsi mümkündür, Dövlət katibi bu barədə danışanda artıq qərarlar qəbul edilmişdi və bu, son rəqəm deyil. Onların sayı daha da artacaq, ardı gələcək. Sözsüz ki, bu bizim imkanlarımızdan, nə qədər qəbul etməyə hazır olduğumuzdan asılıdır. Burada, Pabradedə 800 nəfərin yerləşdirilməsi üçün əlavə infrastruktur olacaq. Başqa yerlərdə, Kazlu Rudada, Mariyampolda müvəqqəti və daimi yaşayış yerləri tikiləcək.
Qeyd edək ki, Rusiya qoşunlarının Ukrayanaya daxil olmasından sonra NATO və ABŞ Baltikyanı ölkələrdə hərbi varlığını daha da gücləndirir. Blinken isə martın 7-də Vilnüsə səfəri zamanı bəyan etmişdi ki, yaxın günlərdə ABŞ-dan Litvaya əlavə 400 hərbçi gələcək.
Tural Tağıyev
AzVision.az