“Bosch” Rusiyanı tərk edir: Hərbi texnika üçün problemlər yaranacaq?

      “Bosch” Rusiyanı tərk edir:    Hərbi texnika üçün problemlər yaranacaq?
  19 Mart 2022    Oxunub:763
Uzun illərdir ki, sanksiyalardan yan keçən və Rusiyada hərbi texnika istehsalı üçün hissələr tədarük edən Almaniyanın “Bosch” şirkəti bu ölkədə fəaliyyətini dayandırır. AzVision.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Qeyd edilir ki, şirkətin Rusiya zavodlarındakı işinin dayandırılmasının ciddi səbəbləri var.

"Schlumberger" Rusiyaya investisiyaları dayandırdı
Alman nəhəngi, tədarük və çatdırılma problemləri səbəbindən Rusiya bazarından çıxdıqlarını etiraf edib.

Lakin BBC yazıb ki, bu gedişin Ukraynanın “Rusiya piyada maşınları üçün əsas komponentlərdən biri "Bosch"dan gəlir” bəyanatları fonunda baş verməsi diqqət çəkir.

Yəni ehtimal edilir ki, əslində bazardan çıxmağın əsas səbəbi tədarük problemlərinin yaranması deyil, şirkətin rus hərbi sənayesinə bağlılığıdır.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna  



Xəbər lenti