- Biz Rusiya üçün bu əməliyyatlara heç nə əlavə edə bilmərik. Onların kifayət qədər canlı qüvvəsi və texnikası var. Bizimkilərlə eynidir, hətta daha müasirdir. Ona görə də Rusiya bu problemin öhdəsindən Belarussuz, Yaponiyasız və başqa ölkələrsiz gələcək. Moskva bu problemi həll edəcək. Amma yeganə məsələ odur ki, insanlar əziyyət çəkəcək. Ona görə də buna son qoymaq lazımdır, - Lukaşenka jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, “qardaş xalqlar arasında baş verənlər ağılsızlıqdır”.
- Rusiya bunu başa düşür, amma Ukrayna anlamaq istəmir, - Lukaşenko deyib.
Qeyd edək ki, Ukrayna rəsmiləri müharibə başlayandan rəsmi Kiyevin müharibəyə bir neçə dəfə Rusiya tərəfdən qatıldığını iddia edib.
Tural Tağıyev