Lukaşenko: "Rusiya bizdən müharibəyə qoşulmağı tələb etmir"

      Lukaşenko:    "Rusiya bizdən müharibəyə qoşulmağı tələb etmir"
  19 Mart 2022    Oxunub:1160
Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna müharibəsi haqqında diqqət çəkən açıqlama verib. AzVision.azxəbər verir ki, o, "heç kim Minskdən Rusiya qoşunlarının Ukraynada hərbi xüsusi əməliyyatında iştirak etməyi xahiş etmir, Rusiya bunu təkbaşına idarə edə bilər" deyib.
- Biz Rusiya üçün bu əməliyyatlara heç nə əlavə edə bilmərik. Onların kifayət qədər canlı qüvvəsi və texnikası var. Bizimkilərlə eynidir, hətta daha müasirdir. Ona görə də Rusiya bu problemin öhdəsindən Belarussuz, Yaponiyasız və başqa ölkələrsiz gələcək. Moskva bu problemi həll edəcək. Amma yeganə məsələ odur ki, insanlar əziyyət çəkəcək. Ona görə də buna son qoymaq lazımdır, - Lukaşenka jurnalistlərə müsahibəsində deyib.

"Qərb bizi Ukrayna münaqişəsinə cəlb edə bilməyəcək" - Lukaşenko
Onun sözlərinə görə, “qardaş xalqlar arasında baş verənlər ağılsızlıqdır”.

- Rusiya bunu başa düşür, amma Ukrayna anlamaq istəmir, - Lukaşenko deyib.

Qeyd edək ki, Ukrayna rəsmiləri müharibə başlayandan rəsmi Kiyevin müharibəyə bir neçə dəfə Rusiya tərəfdən qatıldığını iddia edib.

Tural Tağıyev


Teqlər:   Belarus   Rusiya   Ukrayna  



Xəbər lenti