"Kiyevdə hərbi prosesləri ABŞ idarə edir" - Belarus prezidenti

   "Kiyevdə hərbi prosesləri ABŞ idarə edir" -    Belarus prezidenti
  19 Mart 2022    Oxunub:976
Belarus prezidenti Aleksandr Lukaşenko Kiyevin Qərbdən idarə olunduğunu iddia edib. AzVision.az xəbər verir ki, o, Yaponiya telekanalına müsahibəsində "Ukraynada vəziyyət Kiyevdə olan Qərb və ABŞ nümayəndələri tərəfindən idarə olunur" deyib.
- İndi bu mənim qənaətimdir. Bəlkə də səhv edirəm. Orada, birbaşa Kiyevdə müəyyən insanlar, ilk növbədə, cəbhədəki, müharibədəki vəziyyətə nəzarət edirlər. Bütün prosesləri Zelenski idarə etmir, hətta hərbçilərə özünü necə aparmağı məsləhət görən müşavirlər belə bunu etmirlər.

Lukaşenko: "Rusiya bizdən müharibəyə qoşulmağı tələb etmir"
Orada Qərb və ABŞ nümayəndələri Rusiyaya qarşı duraraq hərbi əməliyyatı tamamilə nəzarətə götürüblər. Məncə onlar Kiyevi rəsmi şəkildə ən müasir silahlarla təmin etmələri ilə yanaşı, hərbi müqavimətə, Ukraynadakı hərbi prosesə də tam cavabdehdirlər, - prezident deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Ukrayna   Belarus  



Xəbər lenti