Kiyevdə diversant "rahib" saxlanılıb - FOTOLAR

         Kiyevdə diversant "rahib" saxlanılıb -    FOTOLAR
  22 Mart 2022    Oxunub:3014
Ukrayna polisi metro stansiyalarının birində xəyanətdə ittiham olunan şəxsi saxlayıb. AzVision.az xəbər verir ki, bu barədə Kiyev Milli Polisi məlumat yayıb.
Qeyd olunur ki, şübhəli şəxs özünü rahib kimi təqdim edib və o rus hərbçilərinə kömək edirmiş.

Yüksək rütbəli rus zabit əsir düşüb - FOTO
"41 yaşlı kişi saxlanılan zaman özünü məbədlərdən birinin rahibi kimi təqdim edib. Onun telefonunda rus abunəçiləri ilə yazışmalar aşkar edilib. Mesajlarda ukraynalıların məhv edilməsi çağırışları, mühüm infrastrukturun fotoşəkilləri, nəzarət-buraxılış məntəqələrinin yeri barədə məlumatların olduğu səs yazıları və s. informasiyalar yer alıb.



Hətta mesajların birində deyilir ki, “Sizin vəzifəniz Ukrayna xalqını yer üzündən silməkdir”. Onun evində aparılan axtarış zamanı Ukrayna ərazisində kəşfiyyat və təxribat fəaliyyətində iştirakını və işğalçılarla əlbir olduğunu göstərən digər sübutlar da ələ keçirilib", - yerli media Kiyev Milli Polisinə istinadən yazıb.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan xüsusi xidmət orqanları xeyli sayda satqını, hərbi obyektlərin yerini nişanlayan və qarşı tərəfə digər döyüş məlumatları ötürən agentləri saxlayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Kiyev   Satqın   Ukrayna  



Xəbər lenti