Zelenskidən Romaya çağırış: "Rus qatilləri üçün kurort olmayın"

   Zelenskidən Romaya çağırış:    "Rus qatilləri üçün kurort olmayın"
  22 Mart 2022    Oxunub:1329
Ukrayna prezidenti Volodimir Zelenski İtaliyaya çağırış edib. AzVision.az xəbər verir ki, o, İtaliya parlamentinə müraciəti zamanı Romanı Rusiyadan olan qatillər üçün kurort olmamağa çağırıb.
- Sülhü təmin etmək üçün mümkün olan hər şeyi reallaşdırmaq vaxtıdır. Bu müharibə Rusiyanın çoxdan hazırladığı müharibədir. Hansı ki, bir nəfər uzun müddətdir buna hazırlaşırdı. On illər neft-qaz ixracından əldə olunan gəlirlər müharibəyə hazırlığa yönəldi. Təkcə Ukrayna əleyhinə müharibəyə də yox... Onların məqsədi Avropadır, - Zelenski bildirib.

İtaliya rus oliqarxların 800 milyon avroluq aktivlərini dondurub
Dövlət başçısı qeyd edib ki, bu müharibə Rusiya prezidenti Vladimir Putinə avropalıların həyatına təsir etmək, Avropa siyasətinə nəzarət etmək və Avropa dəyərlərini, demokratiya, insan haqları, bərabərlik və azadlıqları məhv etmək üçün lazımdır.

- İşğal 27 gündür dayanmır. Demək olar ki, bir aydır. Ona görə də daha çox sanksiyalara ehtiyac var. Daha çox təzyiq lazımdır ki, Rusiya Liviyada, Suriyada və ya hardasa hərbi ehtiyatlar, muzdlular axtarmasın, sülh axtarsın, - Zelenski qeyd edib.

O avropalılar kimi heç vaxt döyüşmək istəməyən bir xalqa malik olduğunu xatırladıb.

- Ukraynaya müharibə gətirənləri tanıyırsınız, müharibə əmrini verənləri və onu təbliğ edənləri açıq-aydın tanıyırsınız. Demək olar ki, hamısı İtaliyadan istirahət yeri kimi istifadə edir. Ona görə də qatillərin kurortu olmayın! "Şəhrizadədə"n tutmuş kiçiyinə kimi onların bütün daşınmaz əmlakı, hesablarını, yaxtalarını bloklayın. Rusiyada nüfuzu olan hər kəsin aktivlərini bloklayın,- Zelenski vurğulayıb.

Qeyd edək ki, bu gün İtaliya baş naziri Mario Draqi ölkədə Rusiya oliqarxlarına məxsus dondurulmuş aktivlərin dəyərini açıqlayıb. Onun sözlərinə görə İtaliyada Avropa Birliyinin sanksiyalarına salınmış Rusiya oliqarxlarının həbs qoyulmuş aktivlərinin dəyəri 800 milyon avrodan çoxdur.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Zelenski   Rusiya   Ukrayna   İtaliya  



Xəbər lenti