Akar minaya görə Kiyev və Moskva ilə danışıqlar aparıb

   Akar minaya görə Kiyev və Moskva ilə danışıqlar aparıb
  26 Mart 2022    Oxunub:954
Türkiyənin müdafiə naziri Hulusi Akar İstanbul boğazında aşkarlanan mina ilə bağlı açıqlama verib. AzVision.azxəbər verir ki, nazir Türkiyənin boğazda mina aşkarlanması ilə əlaqədar Moskva və Kiyevlə danışıqlar apardığını və bu istiqamətdə koordinasiyanı davam etdiyini deyib.
Akar jurnalistlərə açıqlamasında qeyd edib ki, boğazda tapılan naməlum obyekt köhnəlmiş mina olub.
İstanbul Boğazında minaya bənzər obyekt aşkarlanıb

Qeyd edək ki, İstanbul boğazında partlayıcı qurğu görüntülənib. Təhlükəsizlik məqsədilə İstanbul Boğazı hər iki istiqamətdə gəmilərin hərəkəti üçün bağlansa da, bir müddət sonra gəmilərin hərəkəti bərpa edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Türkiyə   Mina  



Xəbər lenti