Rusiyadan Çernobıldakı təhlükəli yanğınla bağlı açıqlama

   Rusiyadan Çernobıldakı təhlükəli yanğınla bağlı açıqlama
  28 Mart 2022    Oxunub:752
Rusiya Ukraynanın Çernobıl Atom Elektrik Stansiyası(AES) ərazisində yaranmış yanğınla bağlı məlumat yayıb. AzVision.az xəbər verir ki, "Rospotrebnadzor" Çernobıl AES-in təcrid zonası adlanan ərazisində baş verən yanğınlarla əlaqədar Rusiyada radiasiyanın durumunu izlədiyini bəyan edib.
Dövlət qurumunun mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilir sərhədyanı ərazilərdə radiasiyanın səviyyəsi yoxlanılır və vəziyyət stabildir.

Çernobıl AES-in zonasında yanğınlar lokallaşdırılıb
"Monitorinq məlumatlarına əsasən, Rusiya Federasiyasında radiasiya vəziyyəti stabil olaraq qalır. Hazırkı durum Rospotrebnadzorun nəzarətindədir", - məlumatda deyilir.

Qeyd edək ki, Dünən Ukraynanın Ombudsmanı Lyudmila Denisova Çernobıldakı meşə ərazisində bir neçə yanğının qeydə alındığını bəyan etmişdi.

Onun sözlərinə görə Çernobıl AES- in yaxınlığındakı təcrid zonasında on min hektardan çox meşə yanır və artıq 31 yanğın ocağı qeydə alınıb ki, bu da havanın radioaktiv maddələrlə çirklənməsi səviyyəsinin artmasına səbəb olur. Denisova qeyd edib ki, AES ətrafındakı əraziyə Rusiya hərbçiləri nəzarət etdiyi üçün Ukraynanın aidiyyəti qurumları tərəfindən yanğınlara nəzarət və söndürülmə işləri mümkün deyil.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Yanğın   Çernobıl   Rusiya   Ukrayna  



Xəbər lenti