Daha bir yüksək rütbəli rus hərbçi öldürülüb

   Daha bir yüksək rütbəli rus hərbçi öldürülüb
  29 Mart 2022    Oxunub:1851
Ukrayna mediası Rusiya ordusunun daha bir yüksək rütbəli zabitinin öldürülməsi barədə məlumat yayıb. AzVision.az xəbər verir ki, saytlar ukraynalı hərbçilərin Xarkov yaxınlığındakı döyüşlərdə 200-cü əlahiddə motoatıcı briqadanın komandiri olan polkovnik Denis Kurilonu aradan götürdüklərini yazıblar.
Mordviçevin ölüm xəbəri yayıldı: 3 həftəyə 5 general öldürülüb
- Kurilonun ölümü barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının mətbuat xidməti məlumat yayıb. Məlumdur ki, “xüsusi hərbi əməliyyat” adlanan döyüşlər zamanı 200- cü briqada böyük itkilər verib. Məlumata görə, Ukraynada briqadanın iki batalyon taktiki qrupu məhv edilib. Briqadanın şəxsi heyətinin ümumi itkisi 1500 - i ötüb, - məqalədə yazılıb.

Qeyd edək ki, Ukrayna müharibə başlayandan bəri Rusiyanın yeddi generalının öldürüldüyünü bəyan edib. Kiyev rəhbərliyi müqayisə üçün deyirlər ki, Əfqanıstanda gedən 10 illik müharibədə cəmi beş sovet generalı həlak olmuşdu.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna  



Xəbər lenti