Ermənistan Polisinin keçmiş rəhbəri ölkədən qaçdı

   Ermənistan Polisinin keçmiş rəhbəri    ölkədən qaçdı
  01 Aprel 2022    Oxunub:1117
Ermənistan Polisinin keçmiş rəhbəri, adı korrupsiya ilə bağlı cinayət işində hallanan Vladimir Qasparyan ölkəni tərk edib. AzVision.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti məlumat yayıb.
Ermənistan polisinin keçmiş rəisinə ittiham elan edilib
Bildirilir ki, sabiq məmura bir neçə maddə - “çirkli pulların yuyulması”, “mənimsəmə və ya israf etmə”, “vəzifə saxtakarlığı”, “vəzifə səlahiyyətlərindən sui-istifadə” ilə ittiham irəli sürülüb. Müstəntiqlərin fikrincə, o, 4 milyon dollar mənimsəyib.

"Qasparyan ölkəni tərk etməmək barədə yazılı öhdəlik götürüb, lakin yanvar ayında ona məlumat verilib ki, baş prokurorun tapşırığı ilə iş əlavə istintaqa göndərilib. Eyni zamanda məhkəmədə onun barəsində başqa işə də baxılır. Lakin bütün bunlar onun ölkəni tərk etməsinə mane olmadı”, - qəzet yazıb.

Xatırladaq ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi dekabrda məlumat yayaraq Vladimir Qasparyanın çirkli pulların yuyulmasında ittiham olunduğunu bəyan etmişdi.
Qeyd olunub ki, 2000-2018-ci illərdə müxtəlif vəzifələrdə çalışan Qasparyan vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Nəticədə Qasparyan bahalı evlər,nəqliyyat vasitələri alıb və onların mənşəyini gizlətmək üçün yaxınlarının adlarına rəsmiləşdirib.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Polis   İttiham  



Xəbər lenti