Ukraynada daha bir yüksək rütbəli rus zabiti öldürülüb - FOTO

 Ukraynada daha bir yüksək rütbəli rus zabiti öldürülüb -  FOTO
  02 Aprel 2022    Oxunub:1601
Ukrayna mediası Rusiyanın daha bir yüksək rütbəli zabitinin öldürülməsi barədə məlumat yayıb. AzVision.azxəbər verir ki, saytlar öldürülən şəxsin batalyon komandiri olduğunu yazıblar.
Mordviçevin ölüm xəbəri yayıldı: 3 həftəyə 5 general öldürülüb
"Ukraynaya qarşı döyüşlərdə iştirak edən Şərq Hərbi Dairəsinin 35-ci ordusunun 38-ci əlahiddə motoatıcı briqadasının silahlar üzrə motoatıcı batalyonunun komandiri Ruslan Petruxin ölüb. Bu arada ruslar işğalçının ölümünü “qəhrəmanlıq” nümunəsi kimi təqdim edirlər. Sosial şəbəkələrin rus seqmentində aparılan müzakirələrdə isə ordu mayorunun “Ukraynada keçirilən xüsusi əməliyyat zamanı qəhrəmancasına həlak olduğu” yazılır.

Ruslar Petruxinin əslən Özbəkistandan olduğunu, Rusiya Federasiyasının Orenburq vilayətinin Alekseyevski rayonunun Çkalovski kəndində yaşadığını bildiriblər. İşğalçı zabitin üç uşağı var.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Zabit  





Xəbər lenti