Partizanların rus hərbi kolonunu vurma anı - VİDEO

   Partizanların rus hərbi kolonunu vurma anı -    VİDEO
  01 Aprel 2022    Oxunub:1681
Ukrayna mediası rus hərbi kolonunun pusquya salınması ilə bağlı video yayıb. AzVision.az xəbər verir ki, saytlar hadisənin Çerniqov vilayətində rus hərbçiləri yoldan keçərkən baş verdiyini yazıb.
Ukrayna Rusiyanın müharibədəki yeni itkilərini açıqlayıb
"Rus işğalçılarına qarşı təkcə hərbçilər döyüşmür. Adi vətəndaşlar da öz torpaqlarını fədakarlıqla müdafiə edirlər. Sosial şəbəkələrdə Çerniqov partizanlarının uğurlu əməliyyatı ilə bağlı video yayılıb.

“Şimal” Əməliyyat Komandanlığının verdiyi məlumata görə, Çerniqov vilayətinin partizan dəstələri düşmənin ovuna çıxıblar. Onlar öz dəqiq zərbələri ilə artıq geri çəkilməkdə olan rus zirehli texnikasının kolonunu “qonaqpərvərliklə” yola salıblar", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  



Xəbər lenti