Kiyev rusların itkilərini açıqladı: 17800 hərbçi, 143 təyyarə

Kiyev rusların itkilərini açıqladı: 17800 hərbçi, 143 təyyarə
  02 Aprel 2022    Oxunub:1242
Ukrayna Rusiyanın itkilərini açıqlayıb. AzVision.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının aprelin 2-də yaydığı məlumata görə genişmiqyaslı işğal əməliyyatları zamanı Moskvanın itkiləri təxminən 17,8 min nəfər təşkil edib.
Bundan başqa, ruslar xeyli texnika və silah itkisi də veriblər.

Ukraynada daha bir yüksək rütbəli rus zabiti öldürülüb - FOTO
"Eyni zamanda, qeyd olunmalıdır ki, Rusiyanın itkiləri göstərilən rəqəmlərdən daha çox ola bilər. Çünki məlum hesablamalar hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir. Baş Qərargahın yaydığı məlumata görə, müharibə başlayandan bəri Ukrayna hərbçiləri Rusiyanın 631 tankını, 1 7 76 zirehli döyüş maşını və 317 artilleriya sistemini məhv edib. Bundan əlavə, düşmən 100 reaktiv yaylım atəşi sistemini və 54 hava hücumundan müdafiə bölməsini itirib.

Vurulan düşmən təyyarələrinin sayı 143 , məhv edilən helikopterlərin sayı isə 134 ədəddir. Həmçinin, Ukrayna Silahlı Qüvvələri rus işğalçılarının 7 gəmi sini və ya katerini batırıb. Eyni zamanda, hərbçilərimiz əməliyyat-taktiki səviyyəli 87 pilotsuz uçuş aparatını vurublar. Rus işğalçılarının avtomobil itkisi 1236 , yanacaq çənləri 76, habelə məhv edilmiş digər texnikaların sayı 24-ə çatıb", - saytlar orduya istinadən yazıblar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   İtki  



Xəbər lenti