"Buçada Moskvanın günahına dair sübut yoxdur - ABŞ-ın SSRİ-dəki keçmiş səfiri

"Buçada Moskvanın günahına dair sübut yoxdur -    ABŞ-ın SSRİ-dəki keçmiş səfiri
  05 Aprel 2022    Oxunub:1370
Buçada əslində nələrin baş verməsi hələ də dəqiq bilinmir. İkinci bir tərəfdən isə, Moskvanın günahkar olduğuna dair heç bir sübut yoxdur.
AzVision.az xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində ABŞ-ın SSRİ-dəki keçmiş səfiri Cek Metlok deyib.

Medvedev Buçadakı hadisələri saxta Ukrayna təbliğatı adlandırdı
Metlok onu Rusiyadakı keçmiş səfir kimi təqdim edən aparıcının fikirlərinə də düzəliş edib. Diplomat xatırladıb ki, o, keçmişdə Ukraynanın tərkibində olduğu SSRİ adlı ölkədə ABŞ səfiri vəzifəsində çalışıb.

Sabiq səfir qeyd edib ki, hazırda əsas məqsəd Ukraynada münaqişəyə son qoymaqdır və buna yalnız diplomatiya yolu ilə nail olmaq olar.

- Fakt budur ki, ukraynalılar Rusiya ilə sövdələşməyə getməlidirlər ki, o, əhalisinin əksəriyyətinin rus olduğu və dəniz bazasının yerləşdiyi Krımı özündə saxlaya bilsin, - Metlok bildirib.

Onun sözlərinə görə, Rusiya ABŞ-a bərabər tutula bilən nüvə dövlətidir və "bu ölkədən bir "rədd olunan" ölkə obrazı yaratmaq qətiyyən bizim maraqlarımıza uyğun deyil”.

Xatıraldaq ki, bu günlərdə KİV Kiyev vilayətinin Buça şəhərindən çəkildiyi iddia olunan dəhşətli video yaymışdı. Görüntülərdə ölən dinc sakinlərin cəsədlərinin yol kənarına səpələnib. Ukrayna mediası Buçada qətliamın yaşandığını iddia edib.

Tural Tağıyev

AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Buça  



Xəbər lenti