"BMT-nin yaratdığı sülh haradadır?" - Zelenski

   "BMT-nin yaratdığı sülh haradadır?" -    Zelenski
  05 Aprel 2022    Oxunub:710
Ukrayna Prezidenti Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasında çıxış edib. AzVision.az xəbər verir ki, o ali beynəlxalq qurumu tənqid edib.
Prezident qeyd edib ki, “Təhlükəsizlik Şurasının təmin etməli olduğu bu təhlükəsizlik haradadır? O yoxdur”.

Zelenski Buça haqqında: "Qisas qaçılmazdır"
- BMT-nin yaratdığı sülh haradadır? Bu, mövcud deyil. Dünya onların (Rusiya ordusunun – red.) ölkəmizin digər şəhərlərində nə etdiklərini hələ görməyib. Coğrafiya fərqli ola bilər, amma cinayətlər eynidir, - Zelenski deyib.

O, Buçadakı qırğınları müharibə zamanı törədilən vəhşiliklərin yalnız bir nümunəsi olduğunu vurğulayıb. Ukrayna lideri hazırda onun ölkəsində müharibə aparan Moskvanı da tənqid edib.

- BMT Təhlükəsizlik Şurasında veto hüququnu ölüm hüququna çevirən bir ölkə ilə qarşı-qarşıyayıq. Bu, qlobal təhlükəsizliyin bütün arxitekturasını pozur, pisliyin cəzasız qalmasına və bütün dünyaya yayılmasına şərait yaradır, - Ukrayna Prezidenti gileylənib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   BMT   Ukrayna   Zelenski  



Xəbər lenti