Ukraynada yüksək rütbəli rus zabit öldürülüb - FOTO

   Ukraynada yüksək rütbəli rus zabit öldürülüb -    FOTO
  09 Aprel 2022    Oxunub:1147
Ukraynada gedən döyüşlər zamanı Rusiya ordusunun polkovnik-leytenantı olan Georgi Petrun adlı yüksək rütbəli zabit öldürülüb. AzVision.az xəbər verir ki, bu barədə Ukrayne mediası məlumat yayıb.
Ukraynada daha bir yüksək rütbəli rus zabiti öldürülüb - FOTO
Bildirilir ki, Petrun Samaranın hərbi komendantı olub. Rusiyalı yüksək rütbəli zabit Çeçenistan və Suriyada döyüş təcrübəsinə malik imiş.

"InformNapalm” beynəlxalq könüllülər birliyi və Rusiyanın təbliğat nəşrlərinin yaydığı məlumata görə Samara hərbi komendantı Ukraynadan "200 yük" kimi geri qayıdıb”, - məqalədə yazılıb.

Eyni zamanda, “Komsomolskaya Pravda” da bir neçə gün öncə yazıb ki, komendant martın sonunda öldürülsə də, aprelin 5-də Volqoqradda dəfn edilib. Nəşr qeyd edib ki, 48 yaşlı Petrun Çeçenistan və Suriyada döyüş yolu keçib, sonda isə Ukraynada ölüb.

Xatırladaq ki, bundan öncə Ukrayna hərbçiləri Rusiyanın motoatıcı batalyonunun komandirini öldürdümüşdülər. Bu, mayor Ruslan Petruxin idi. Ümumilikdə isə, müharibə başlayandan bu günə kimi bir neçə rus general öldürülüb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Zabit  





Xəbər lenti