Rus tanklarının "Stuqna" ilə vurulma anı - VİDEO

   Rus tanklarının "Stuqna" ilə vurulma anı -    VİDEO
  09 Aprel 2022    Oxunub:3475
Ukrayna mediası bir neçə rus tankının vurulmasını əks etdirən video yayıb. AzVision.az xəbər verir ki, görüntülərdə əsgərlərin “Stuqna” tank əleyhinə raket kompleksindən istifadə edərək Rusiyaya məxsus hərbi texnikaları sıradan çıxardığı əks olunub.
Rusiya qırıcıları “Buk-M1”-i “hava-yer” tipli raketlə vurdu- VİDEO
"Videonu aktiv döyüş zonasında vuruşan hərbçilər çəkiblər. Kadrlarda ukraynalı hərbçilər Ukrayna "Stuqna"sının parlaq işini nümayiş etdiriblər. Tank əleyhinə raketdən düzgün istifadə sayəsində bir neçə ağır rus texnikası və bir yük maşını məhv edilib.
Qeyd edək ki, Rusiya ordusuna qarşı döyüşlərdə “Luç” Dövlət Kiyev Konstruktor Bürosunun yerli “Stuqna” tank əleyhinə raket kompleksi artıq hərbi panteonda "Bayraktar TB2" kimi dəyərli silahın yaxınlığında öz layiqli yerini alıb", - məqalədə yazılıb.



Bu daşına bilən raket kompleksi lazer şüasının yönləndirmə sistemi ilə yarı avtomatik şəkildə işləyir. Kompleks konteynerdə quraşdırılmış müxtəlif döyüş başlıqları ilə 130 mm-lik raketlərlə atəş aça bilir. Operator kompleksi 50 metrə qədər kənardan pultla uzaqdan idarə edə bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Tank  



Xəbər lenti