“Sepah”ın anlaşılmaz xofu – VİDEO

// “İslam inqilabçıları” niyə Ermənistanın sərhədlərinə görə narahatdırlar?

   “Sepah”ın anlaşılmaz xofu –    VİDEO
  11 Aprel 2022    Oxunub:3165
İranın “İslam İnqilabının keşikçiləri Korpusu”nun (“Sepāh-e Pāsdārān-e Enghelāb-e Eslāmi”) səbəbi naməlum narahatçılığı davam edir. "İnqilab keşikçiləri" Tvitter hesablarında yeni video paylaşaraq bildiriblər ki, qəti şəkildə beynəlxalq sərhədlərin dəyişdirilməsinə qarşıdırlar.
Bu zaman isə videoda məhz Ermənistanın sərhədləri qırmızı xətlə qabardılır... Maraqlıdır: “Sepah” axı niyə elə düşünür ki, kimsə Ermənistanın sərhədlərini dəyişməyə hazırlaşır?! Və nəyə görə özü-özünü Ermənistanın sərhədlərinin toxunulmazlığının qarantı elan edib?!

O da qəribədir ki, “Sepah”ın xofu yeni deyil: iki həftə əvvəl “inqilab keşiçiləri” yaydıqları videoda sahib olduğu ballistik raketlərinin zərbə radiusunu əyani şəkildə göstərərkən potensial hədəflər sırasında Azərbaycanın ərazisini də qeyd etmişdi.



İran tərəfi narahat edən nədir: Azərbaycanın İsraillə beynəlxalq normalara uyğun əməkdaşlığı, yoxsa Ermənistanla sərhədlərin leqal şəkildə müəyyənləşdirilməsi istiqamətində danışıqların başlaması üçün zəminin yaranması? Cənub qonşumuz nədənsə xoflanırsa, bunu öz videoqrafistlərinin əli ilə örtülü yox, siyasətçi və diplomatlarının dili ilə açıq ifadə etsə, daha yaxşı olar.

Tariyel Həsənov
AzVision.az


Teqlər: İran   Sepah  





Xəbər lenti