Paşinyanın yaxın "silahdaş"ı FHN rəhbəri oldu

Paşinyanın yaxın "silahdaş"ı FHN rəhbəri oldu
  12 Aprel 2022    Oxunub:857
Ermənistanda yeni fövqəladə hallar naziri təyin edilib. AzVision.az xəbər verir ki, prezident Vaaqn Xaçaturyanın sərəncamı ilə Armen Pambukçyan Ermənistanın yeni fövqəladə hallar naziri təyin edilib.
Erməni naziri "KQB zirzəmisi"nə saldılar
Pambukçyanın nazir təyin edilməsi təklifini prezidentə baş nazir Nikol Paşinyan göndərib. Yeni nazir hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvüdür və Paşinyanın partiyasının yaradılmasında iştirak edib. Pambukçyan bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin rəis müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, bu günlərdə FHN rəhbəri Andranik Piloyanı qalmaqallı şəkildə korrupsiya ittihamı ilə həbs etdilər. İlkin araşdırma zamanı müəyyən edilib ki, Piloyan köməkçilərindən birinin vasitəsilə nazirliklə əməkdaşlıq edən şirkətdən külli miqdarda rüşvət alıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Nazir   Ermənistan  



Xəbər lenti