Ohanyan Azərbaycana qarşı təxribata hazırlaşır

   Ohanyan Azərbaycana qarşı təxribata hazırlaşır
  12 Aprel 2022    Oxunub:1628
Ermənistanın müxalifəti təmsil edən “Hayastan” və “Şərəfim var” fraksiyaları bu həftə parlamentinin növbəti dördgünlük plenar iclasını boykot edəcək. AzVision.az xəbər verir ki, bu barədə “Hayastan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan məlumat verib.
Ermənistan parlamentinə taxılan separatçı bayrağı endirildi - VİDEO
O, iclas zalında deyib ki, indiki hakimiyyət Qarabağdan uzaqlaşır, sülh müqaviləsi çərçivəsində erməni xalqı yeni güzəştlərə, məğlubiyyətlərə və təhqirlərə hazırlaşır.

- Biz bu həftə parlamentin iclaslarında iştirak etməyəcəyik, Qarabağa və Ermənistanın sərhəd kəndlərinə gedəcəyik”. Ohanyan deyib.

Qeyd edək ki, hərbi cani olan Ohanyan parlamentdə də təxribata cəhd edib. O, 44 günlük müharibəyə qədər fəaliyyət göstərmiş separatçı rejimə aid "bayrağ"ı parlament kürsüsündən asıb. Lakin “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Vaaqn Aleksanyan onun parlamentə gətirdiyi həmin əski parçasını kürsüdən götürərək Ohanyana etiraz edib..
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  



Xəbər lenti