|
| Ermənistan parlamentinə taxılan separatçı bayrağı endirildi - VİDEO |
"Hayastan" fraksiyasının üzvü Artur Qazinyan isə üzləşdikləri problemi şərh edərək gileylənib ki, Ermənistanın müasir tarixində ilk dəfə olaraq Milli Assambleyanın deputatlarına Qarabağ bölgəsinə giriş qadağan edilib.
- Azərbaycan tərəfi Qarabağa gedən deputatların tam siyahısını əldə edərək Rusiya sülhməramlı qüvvələrinin operativ qərargahına təhvil verib. Bakı onların Xankəndiyə daxil olmasına qadağa qoyulmasını tələb edib, - Kazinyan deyib.
Xatırladaq ki, bu gün Ermənistan parlamentində Azərbaycana qarşı təxribat törədilib. Müxalif “Hayastan” və “Şərəfim var” fraksiyalarının deputatları parlamentin iclas zalını tərk edərkən keçmiş separatçı rejimin "bayraq"larını masalarının üzərinə qoyublar. Onlar növbəti iclasları boykot edəcəklərini və Qarabağa, Ermənistanın sərhədyanı rayonlarına gedəcəklərini bəyan ediblər.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


