Paşinyan: "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır"

      Paşinyan:    "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır"
  13 Aprel 2022    Oxunub:1385
Ermənistan hökuməti hesab edir ki, İrəvan və Bakı tezliklə sülh sazişi bağlamalıdır.
AzVision.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib. Onun sözlərinə görə , Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

"Sülh müqaviləsi prosesini təxirə salmaq olmaz" - Paşinyan
"Azərbaycanla sülh sazişinin tezliklə bağlanması Ermənistanın gündəmindədir. Aprelin 30-dək Bakı ilə İrəvan arasında Birgə Sərhəd Komissiyasının üzvləri təyin edilməlidir. Təbii ki, bu, bir neçə ayın məsələsi deyil. Amma hər ölkələr sərhədlərin delimitasiya və demarkasiyası prosesinin mümkün qədər tez olmasında maraqlıdırlar. Hələlik konkret vaxtdan danışmaq tezdir. Proses başlayanda bir çox məqamlar daha aydın olacaq".

Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası prosesi, respublikanın baş nazirinin fikrincə, yaxın vaxtlarda mümkün qədər tez həyata keçirilməlidir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:   Ermənistan   Azərbaycan  



Xəbər lenti