Paşinyan KTMT-ni tənqid etdi

   Paşinyan KTMT-ni tənqid etdi
  13 Aprel 2022    Oxunub:997
Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) İrəvana qarşı soyuq münasibət sərgiləməsindən gileylənib.
"Sülh müqaviləsi prosesini təxirə salmaq olmaz" - Paşinyan
AzVision.az xəbər verir ki, baş nazir təşkilatın Zəngəzurun Qara Göl yaxınlığında, eləcə də ötən ilin mayında Qeqarkunik istiqamətində baş verənlərə reaksiyasını uğursuzluq adlandırıb.

- Sotk-Xoznavar bölməsindəki vəziyyət Ermənistan Silahlı Qüvvələrinin və hökumətinin uğursuzluğu idi, lakin məncə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının vəziyyətə reaksiyası təşkilatın da uğursuzluğu idi. KTMT hələ də problemli ərazidə monitorinq keçirmək barədə qərar qəbul etməyib". O qeyd edib ki, erməni cəmiyyəti üçün uzun illərdir ki, ölkənin təhlükəsizliyi üçün ən mühüm təşkilat sayılan KTMT lazımi vaxtda heç nə etməyib, müşahidəçi rolunda qalıb.

Baş nazir fikirlərinə onu da əlavə edib ki, ötən ilin may hadisələrindən sonra 45 kvadrat kilometr ərazi Azərbaycanın nəzarətinə keçib. Paşinyanın sözlərinə görə, bu vəziyyət ordunun peşəkarlaşdırılmasını, hərbi xidmətin ehtiyatda olan hərbçilərin dövri hazırlığına çevrilməsini aktual edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   KTMT  



Xəbər lenti