|
| "Sülh müqaviləsi prosesini təxirə salmaq olmaz" - Paşinyan |
- Şuşa olmadan müharibəni dayandırmaq və ya qarşısını almaq mümkün deyildi. Bu, sadəcə olaraq mümkün deyil. Mən bu barədə dəfələrlə danışmışam, - Paşinyan söyləyib.
O qeyd edib ki, ölən erməni hərbçiləri Qarabağın geri qaytarılmaması üçün döyüşüblər.
- Əgər başqa yolla getsək biz Qarabağı itirəcəyik. Fərrux hadisələri sizə örnəkdir. Bir-birinizi aldatmağa son qoyun. Biz yolları ona görə açırıq ki, ifadəyə görə üzr istəyirəm, xalqımızı qurbanlıq qoyun statusundan çıxaraq... Müharibənin olub-olmayacağına biz qərar vermədik. Biz heç nəyə qərar vermədik. Mən bu gün deyirəm ki, Ermənistan suveren ölkədir və biz nəyisə həll etmək hüququnu özümüzə qaytarmalıyıq. Çünki biz dövlətik, at tövləsi deyilik. Biz vətəndaşıq, qurbanlıq quzu deyilik ki, müxtəlif yerlərdə bizi nə qədər və necə kəsəcəyinə və ya bizi bağışlayacağına qərar versinlər, - baş nazir deyib.
Baş nazir gələcək nəsillərin bu statusda qalmasına imkan verməyəcəyini bəyan edib.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


