İrəvan siyasətçiləri "dinləyir" - Deputat foto yaydı

   İrəvan siyasətçiləri "dinləyir" -    Deputat foto yaydı
  18 Aprel 2022    Oxunub:721
Ermənistanda siyasətçilərin, deputatların telefonları dinlənilir. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Saytlar misal olaraq “Şərəfim var” fraksiyasının deputatı Hayk Mamicanyandan sitat gətiriblər.
Ermənistanda müxalifət izlənilir: Vanetsyan sübut məktubu yaydı
Deputat açıqlamasında iddia edib ki, uzun müdətdir onun mobil telefonuna "yol tapmağa" çalışırlar.

- Artıq bir ilə yaxındır ki, telefonuma xüsusi casus proqramı quraşdırmağa çalışırlar. İnformasiya təhlükəsizliyi ekspertlərinin dili ilə desək, söhbət "Pegasus" və bir sıra digər proqramlardan gedir.
Hazırda sizə təqdim edəcəyim SMS-dən cəbhə yoldaşlarım ehtiyat etməlidirlər. Siz(Hakimiyyət-red.) mazoxistsiniz? Bu şəkildə dinləyib məndən eşidə biləcəyiniz yeganə şey çıxışlarımdan və müsahibələrimdən seçmə söyüşlərlə zənginləşdirilmiş eyni fikirlər olacaq. Sizə uğurlu dinləmələr arzulayıram, - deputat deyib.

Qeyd edək ki, Ermənistanda İkinci Qarabağ müharibəsindən sonra siyasətçilərlə yanaşı media işçilərinin də dinlənildiyi iddia olunan "Pegasus" qalmaqalı yaşanmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Deputat  



Xəbər lenti