İtaliya tarixini satışa çıxardı

İtaliya tarixini satışa çıxardı
  16 Aprel 2014    Oxunub:1355

Borcunu azaltmağın yollarını arayan İtaliya höküməti qədim tarixə malik abidələrini satışa çıxarıb.

AzVision.az Türkiyə mediasına istinadən xəbər verir ki, Osmanlı hücumlarının qarşısını almaq üçün tikilən qala da internetdə satışa çıxarılıb.

Auksionun 6 maya qədər uzanacağı bildirilir. Belə satışlardan sonra İtaliya hökümətinin on milyonlarla dollar gəlir əldə edəcəyi gözlənilir.

Satışa çıxarılan tarixi abidələr arasında `Gradisca dIsonzoda` qalası daha çox diqqəti çəkib. Bu qala XV əsrdə türklərdən qorunmaq üçün tikilib.

Bundan əlavə Venesiyanın Poveglia adası və XVII əsrdən qalma monastr da satışa çıxarılan tarixi abidələr arasındadır.

Üst-üstə 150-dən artıq tarixi abidənin bu yolla satılacağı gözlənilir.

Əgər hər şey plan üzrə gedərsə sentyabr ayında daha 208 tarixi abidə satışa çıxarılacaq.

Emin Piri



Teqlər:





Xəbər lenti