Ərdoğanın prezidentlik yolu açıldı

Ərdoğanın prezidentlik yolu açıldı
  16 Aprel 2014    Oxunub:1372
Bu gün Türkiyənin hakim partiyası AKP-nin toplantısı keçirilib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bələdiyyə seçkilərinin nəticələrini analiz edən millət vəkilləri prezidentliyə namizədləri də müzakirə ediblər.

Toplantıda millət vəkillərinə anket sorğusu paylanılıb. Sorğunun nəticələrinə görə, AKP təmsilçiləri prezidentliyə namizəd kimi baş nazir Rəcəb Tayyip Ərdoğanı görürlər.


Bu həm də onu göstərir ki, bundan sonra Ərdoğan prezident seçkilərində partiyasının tam dəstəyinə ümid edə bilər.


Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin birinci mərhələsi 10 avqustda keçiriləcək.


Emin Piri



Teqlər:  





Xəbər lenti