Vəziyyət gərginləşir: NATO Ukrayna ilə bağlı hərbi tədbirlərə başlayır - VİDEO

Vəziyyət gərginləşir: NATO Ukrayna ilə bağlı hərbi tədbirlərə başlayır - VİDEO
  16 Aprel 2014    Oxunub:1082
Şimali Atlantika birliyi Ukrayna hadisələrinə cavab olaraq növbəti qərar qəbul edib. Bu barədə NATO-nun baş katibi Anders Foq Rasmussen xəbər verib.

“Biz elə bu dəqiqələrdə Ukrayna hadisələrinə cavab olaraq növbəti qərar qəbul etmişik. Bu səmada daha çox təyyarə, dənizdə daha çox gəmi və yerdə daha çox hazırlıq deməkdir”.

Baş katibin sözlərinə görə, Baltikyanı ölkələrin hava məkanında təyyarələr daha çox uçuş həyata keçirəcək. NATO-ya üzv olan ölkələrin gəmiləri Baltik və Aralıq dənizinin şərqində yerləşdiriləcək.

“NATO-ya üzv olan ölkələr bizim hərbi hazırlığımızın möhkəmləndirilməsi, təcrübə məşqlərinin və manevrlərin genişləndirilməsi üçün yeni addımlar atacaq. Bizim müdafiə planlarımız gücləndiriləcək və yenidən baxılacaq”- deyə Rasmussen qeyd edib.

AzVision.az




Teqlər:





Xəbər lenti