"66 hərbi obyekt və SU-25 təyyarəsini vurmuşuq" - Rusiyalı general

   "66 hərbi obyekt və SU-25 təyyarəsini vurmuşuq" -    Rusiyalı general
  23 Aprel 2022    Oxunub:1383
Gecə Ukraynanın 66 hərbi obyekti Rusiya Aerokosmik Qüvvələrinin əməliyyat-taktiki və ordu aviasiyası tərəfindən vurulub.
Rusiya helikopterləri Ukrayna mövqelərinə hücum edib - VİDEO
Onların arasında 3 komanda məntəqəsi, 3 raket və artilleriya silahı anbarı olub. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov briffinq zamanı məlumat verib.

Həmçinin general Xarkovda uçuşlar həyata keçirən SU-25 təyyarəsinin də vurulduğunu söyləyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna  



Xəbər lenti