"Putin yeni Berlin divarını inşa etməkdə qərarlıdır"

"Putin yeni Berlin divarını inşa etməkdə qərarlıdır"
  17 Aprel 2014    Oxunub:951
Ukraynanın Baş naziri Arseniy Yatsenyuk bu gün keçirilən mətbuat konfransında Rusiya prezidenti Putinin soyuq müharibə dövrünə dönüş mərhələsi olacaq yeni Berlin divarını inşa etməyə qərarlı olduğunu bildirib
AzVision.az Axar.az-a istinadən xəbər verir ki, Ukraynanın şərqində yaşanan olaylardan ötrü Rusiyanı tənqid edən Yatsenyuk, Moskva gizli xidmətinin bu ölkənin şərqində terror hadisələrinin törədilməsi üçün separatçılıq meyillərinin artmasında böyük rol oynadığını qeyd edib.

Yatsenyuk Ukraynada yaşanan hadisələrin Avropa Birliyinə təhdid olduğunu və Putinin yeni Berlin divarı inşa etməyə səy göstərdiyini vurğulayıb.


Teqlər:





Xəbər lenti