"Topaz" axtarışa verildi

"Topaz" axtarışa verildi
  17 Aprel 2014    Oxunub:996
Ukrayna Daxili İşlər Nazirliyinin rəsmi internet saytında “Topaz” ləqəbli “antimaydan” fəallarından biri İqnat Kromskoy barədə axtarış verilib.
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, “Topaz”ın axtarışa verilməsinə səbəb onun istintaq altinda olmasına baxmayaraq ev dustaqlığından qaçmasıdır.

Qeyd edək ki martın 28-də antimaydan mitinqində saxlanandan sonra İqnat Kromskoy ev dustaqlığına məhkum edilmişdi.

Kromskoy elektron bilərzik taxılmasına baxmayaraq ev həbsindən qaçmağı bacarıb. Onun elektron bilərziyi qırıb qacdığı güman edilir.

Məlum olduğu kimi, əslən Xarkovlu olan Kromskoy Kiyevin Marinski parkında keçirilən ”antimaydançı"lardandır. "Antimaydan” düşərgəsində çəkilmiş videolardan görünür ki, o, qrupun əsas istiqamət verənlərindən biri olub.


Teqlər:





Xəbər lenti