Verdyandan ermənilərə çağırış: "Uşaq qatilləri, hədələrinizi dayandırın!" - VİDEO

    Verdyandan ermənilərə çağırış:  "Uşaq qatilləri, hədələrinizi dayandırın!" -    VİDEO
  24 Aprel 2022    Oxunub:2569
Tanınmış erməni bloger və siyasi ekspert İşxan Verdyan ailəsinin ölümlə təhdid olunması barədə məlumat yayıb. AzVision.az xəbər verir ki, o bununla bağlı sosial şəbəkələrdə paylaşım edib.
Daha çox sülh tərəfdarı olan və son illər radikal ermənilərin Azərbaycana qarşı ərazi iddialarını pisləməsi ilə tanınan Verdyan ermənilərin onun övladlarını ölüm və zorakılıqla hədələməsindən narahatlıq keçirdiyini deyib.

Erməni döyüşçüdən sərsəm çağırış: "Revanşa hazırıq"
- Mənim “İnstagram”dakı profilimdə övladlarımın, ailəmin şəkilləri var. Həmin paylaşımlarımın altından ermənilər şərhlər yazaraq təhdidlər yağdırmağa başlayıblar. Onlar birbaşa uşaqları təhdid edərək söyürlər. Mən həmin şəxslərlə şəxsən əlaqə saxlayıb yazışanda cavab verirlər ki, bütün qarabağlılar(Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər-red.) sənə qarşı belə münasibət bəsləyir. Sanki onlar qarabağlıları təmsil edirlər. Mən ümumiyyətlə nə baş verdiyini, bu maneranı anlamıram! Uşaqları zorlamaqla, öldürməklə hədələyən, onlara təhdidlər yağdırıb söyən bu insanlar qarabağlıları necə təmsil edə bilərlər axı?! Mən belə pedofil adamlar görməmişəm, - Verdyan ailəsinin ünvanına səslənən hədələrdən gileylənib.

O daha sonra profilinə kütləvi şəkildə hücum edən ermənilərə müraciət edib ki, onlar bu cür əməlləri ilə uşaq qatili obrazı yaratmaqla ilk növbədə Qarabağda yaşayan azsaylı ermənilərə zərbə vurmuş olurlar.

- Mən həmişə dialoqlara açıq olmuşam. Əgər kiməsə nə isə lazımdırsa, şəxsi yazışma bölməsinə müraciət edə bilər. Bəli, mən demirəm ki, ən ağıllı, ən haqlı adamam. Ola bilsin mən səhvlər buraxıram. Bəlkə də mən nələrisə düzgün anlamıram. Mən tənhayam və həmişə tənha qalacağam. Bir nəfər də yoxdur ki, mənə məsləhətləri ilə kömək edə. Mənə azərbaycanlılar da yazıb məsləhətlər verirlər. Amma mən onların dediyi kimi deyil özüm bildiyim kimi edirəm. Ancaq ermənilər mənə ümumiyyətlə məsləhətlər vermirlər! Bəlkə həmin bu “qaravağlılar” mənimlə əlaqə saxlayıb normal şəkildə ünsiyyət quraydılar, danışardılar? Deyərdilər bax bu belədir, bu cür demək etmək lazım deyil və s. Bəlkə mən mövqeyimi dəyişəcəkdim. Əgər insan kimi mənə izah etsəydilər ki, səhvim nədədir mən bunu qəbul edərdim. Amma bütün bu uşaq qatilləri, uşaq zorlayanlar mənə maraqlı da deyil.

Onlar Qarabağ ermənilərinin reputasiyasına böyük bir daş atdılar. Mən şəxsən heç vaxt nə Qarabağdakı ermənilərin nə də ümumiyyətlə Ermənistanı adından çıxış etməmişəm. Amma bu adamlar iddia edirlər ki, Qarabağdakı erməniləri təmsil edirik, bütün qarabağlılar səni tapacaq və nələrsə edəcək... Bilmirəm bu adamlara necə izah edim ki, əgər mən hədələrdən, həyatımı itirməkdən qorxsaydım bu işlərə başımı soxmazdım. Öz sakit həyatımı yaşayar Ermənistanda hansısa biznesi qurub əla yaşayardım. Əgər nədənsə qorxsaydım beləcə uğurlu, tanınmış, varlı bir insan olardım. Bir sözlə bütün bu təhdidlər, hədələr mənimlə bağlı işə yaramır. Hətta cəhd belə etməyin! Mən bilirəm ki, nə vaxtsa bu əclaflardan biri məni öldürəcək. Buna əminəm. Bu məsələdən bir saniyə belə şübhə etməmişəm.

Qeyd edək ki, İşxan Verdyan hər zaman radikal ermənilərin revanşist çağırışları, yalançı soyqırımı iddiaları ilə bağlı anormal istək və arzularına qarşı çıxıb. O, Türkiyə və Azərbaycanla sərhədlərin açılması, normal qonşuluq münasibətlərinin qurulmasının tərəfdarı kimi çıxışlar edir. Bu səbəbdən də əksər ermənilər və müxalifətə bağlı saytlar tez-tez Verdiyanı tənqid edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Qarabağ   Təhdid  



Xəbər lenti