"ABŞ səfiri ölkədən qovulmalıdır" - Kazaryan

   "ABŞ səfiri ölkədən qovulmalıdır" -    Kazaryan
  26 Aprel 2022    Oxunub:1276
Ermənistanda anti-ABŞ ab-havası artmaqdadır. AzVision.az xəbər verir ki, yerli media ABŞ-ın İrəvandakı səfirini hədəf alıb. Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Kazaryandan açıqlamanı dərc edən saytlar yazırlar ki, tezliklə səfir arzuolunmaz şəxs elan edilməlidir.
- ABŞ-ın Ermənistandakı səfiri ölkədən qovulmalıdır. Səfir Lin Treysi 2022-ci il aprelin 27-28-də keçiriləcək ABŞ regional missiyaları rəhbərlərinin konfransında iştirak etmək üçün Bakıya gedəcəyi barədə məlumat rəsmən təsdiqlənib. Səfirlikdən verilən məlumata görə, belə konfranslar mütəmadi olaraq keçirilir və ev sahibi ölkə rotasiya qaydasında dəyişir. Bu heç bir halda düzgün sayıla bilməz. Çünki təşkilatçılar məkan seçərkən region ölkələri arasında mövcud münasibətləri nəzərə almağa borclu idilər. Ermənistanda akkreditə olunmuş diplomatik nümayəndəliyin rəhbəri, missiya zamanı qəbul etdiyi ölkədəki vəziyyəti nəzərə almalı və onun maraqlarına hörmət etməlidir. Öz missiyası sayəsində səfir Ermənistanın bir çox yüksək vəzifəli şəxsləri tərəfindən qəbul edilib, ölkəyə, o cümlədən sərhədyanı rayonlara səfər edib. Ona görə də onun Bakıya səfəri böyük risklərlə doludur, - Kazaryan qeyri-ciddi iddialarla danışıb.

İrəvanda ABŞ əleyhinə aksiya: "Ölkəmizdəki biolaboratoriyalarınızı bağlayın"- YENİLƏNİB
Eks-məmur qeyd edib ki, Azərbaycana səfər İrəvanın və elə səfirin də maraqlarına zidd olan fəaliyyətdir ki, bu səbəbdən də onun bu addımı “persona non qrata” kimi tanımaq üçün əsas sayıla bilər.

- Səfir Lin Trey Bakıya səfər etmək planları ilə bağlı fikrindən dönməzsə, Azərbaycandan qayıtdıqdan sonra Ermənistan tərəfindən arzuolunmaz şəxs elan edilməli və ölkəni tərk etmək üçün maksimum 72 saat vaxt verilməlidir. Xatırladım ki, 9 mart 2021-ci ildə UNICEF-in Ermənistandakı nümayəndəsi Marian Klark-Xattinq “əməkdaşlıqdan kənar iş tərzi”nə görə diplomatik qalmaqalla üzləşmişdi, - Kazaryan deyib.

Xatırladaq ki, bu günlərdə ABŞ səfirliyi qarşısında "Ermənistandakı biolaboratoriyalarınızı bağlayın" şüarı ilə etiraz aksiyası da təşkil edilmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Səfir   Ermənistan  





Xəbər lenti