|
| Moldovanın Dnestryanı bölgəsində partlayışlar olub |
Bu həmçinin Moldova ilə Rusiyanın işğalı altında olan Xerson vilayəti arasında, Qara dəniz sahilində yerləşən Ukraynanın məşhur liman şəhəri Odessanı da təhdid edir.
Nəşr yazır ki, Ukraynada müharibə inkişaf etdikcə, münaqişə tərəfləri öz məqsədlərini yenidən müəyyənləşdirirlər. İndi Rusiya Dnestryanıya qədər əraziləri tutmağa can atır ki, bunu da Putin yeni Rusiya imperiyasının əsası olan “Novorossiya” kimi təqdim edə bilər.
"Müharibənin bu yeni mərhələsinin başlaması ilə NATO və Rusiyanı "Soyuq müharibə" dövründə və ondan sonrakı dövrdə birbaşa düşmən təmaslarından kənar saxlayan bufer aradan qalxmış oldu. Və Dnestryanıdakı partlayışlar yeni bir "Putin qambitinin" əlaməti olarsa, Moldova bu təhlükəli yeni dünyanın növbəti sınaq meydançasına çevrilə bilər”, - analitiklər yazıb.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


