İrəvanda aksiya: Valideynlər Paşinyanın həbsini tələb edirlər - CANLI

İrəvanda aksiya:  Valideynlər Paşinyanın həbsini tələb edirlər  - CANLI
  27 Aprel 2022    Oxunub:1821
Bu gün 44 günlük müharibədə öldürülmüş əsgərlərin valideynləri Ermənistanın Baş Prokurorluğunun binasının ətrafında toplaşaraq, aksiya keçiriblər. Etirazçılardan biri jurnalistlərə açıqlamasında deyib ki, onların tələbi Ermənistanın baş naziri Nikol Paşinyanın dərhal həbs edilməsidir.
Onun sözlərinə görə, baş nazir özü ilə bağlı təhlükənin miqyasını dərk edən kimi ölkəni tərk edəcək. "Onu dayandırmaq lazımdır!",- etirazçı deyib. /

Əsgər valideynləri İrəvanda aksiya keçirirlər - CANLI
Azərbaycan torpaqlarında məhv edilmiş digər hərbçinin - David Zakaryanın atası Aşot Zakaryan isə bütün öldürülmüş əsgər valideynlərini Baş Prokurorluqda keçirdikləri etiraz aksiyasına qoşulmağa çağırıb: "Ədaləti bərpa etmək istəyirsinizsə, o zaman bizə qoşulun. Bu qatildən qurtulmağımıza kömək edin. Evdə oturub şikayət etməyi dayandırın!"

O əlavə edib ki, əsgər valideynləri Paşinyanın təqsirləndirilən şəxs qismində işə cəlb edilməsi tələbinə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi cavab verənə qədər Baş Prokurorluğun binası qarşısında toplaşmaq niyyətindədirlər.
- Tələblərimiz yerinə yetirilməsə radikal tədbirlər görəcəyik, - etirazçı valideyn xəbərdarlıq edib.



Tural Tağıyev
AzVision.az



Teqlər:   İrəvan   Paşinyan   Əsgər   Valideyn   Həbs  



Xəbər lenti