İrəvanda keçirilən aksiyalarda 39 nəfər saxlanılıb

   İrəvanda keçirilən aksiyalarda    39 nəfər    saxlanılıb
  28 Aprel 2022    Oxunub:1148
Ermənistanda keçirilən etiraz aksiyaları zamanı 39 fəal saxlanılaraq İrəvan polis idarələrinə gətirilib. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.
Erməni rektor saxta "Artsax" bayrağına qadağa qoydu - VİDEO
Qeyd edilir ki, saxlanılanların hamısı İnzibati Xətalar Məcəlləsinin 182-ci “Polisin qanuni tələbini yerinə yetirməməyə görə” maddəsi ilə saxlanılıb.
Xatırladaq ki, “Müqavimət” müxalifət hərəkatının gənclər qanadı səhər saatlarından etibarən paytaxt universitetlərinin qarşısında keçmiş qondarma rejimin "bayraq"larını taxaraq aksiyalar keçiriblər. Hərəkat yürüşə “Şimal Universiteti"ndən başlayıb. Lakin rektor onların bu addımının qarşısını alaraq məlum əski parçasının təhsil ocağına taxılmasına imkan verməyib.

Eyni zamanda “Azadlıq Hərəkatı”nın nümayəndələri və Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın hərəkatının nümayəndələri Respublika meydanında aksiya keçiriblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Polis   Aksiya  



Xəbər lenti