Putin sualları cavablandırır - YENİLƏNİB, CANLI YAYIM

Putin sualları cavablandırır - YENİLƏNİB, CANLI YAYIM
  17 Aprel 2014    Oxunub:1756
"Ukraynada bizim əsgərlərimiz yoxdur"

Rusiya prezidenti Ukaynada baş verənlərə münasibət bildirərkən deyib ki, ölkədə rus əsgərləri yoxdur: "Mən bu hadisələrdən danışmamışdan əvvəl keçmişə qayıtmaq istəyirəm. Ukrayna prezidenti Viktor Yanukoviçin Avropa İttifqı ilə assoasiativ saziş imzalamaqdan imtina etməsindən sonra ölkədə çevriliş baş verdi. Bundan sonra Ukrayna vətəndaşları Kiyevdə baş verənlərə müxtəlif münasibət bildirdi. Bəzilərinə bu xoş oldu, bəzilərinə isə yox. Ukraynanın yeni başına keçənlər ölkənin şərqində vəziyyəti ələ almaq əvəzinə, ora yeni qubernatorlar göndərdilər. Belə olan halda yerli əhalinin etirazı daha da artdı. Şərqdə əhali özü silahlandı. Onlar etirazlarını bildirdikdə əhaliyə qarşı hərbi texnika ilə müdaxilə edilməyə başlandı. İnsanlarla danışmaq və müzakirə etmək lazımdır. Bunun üçün həbs olunan şəxslərin azad edilməsi gərəkdir. Yeni hökumət masa arxasına əyləşməli və hadisələri düzgün qiymətləndirməlidir. Bizim bu ölkədə heç bir əsgərimiz yoxdur. Bizi ittiham edənlər böyük səhvə yol verirlər. Şərqdə etiraz edənlər ukraynalılardır və onların tələbləri yerinə yetirilməldir."

14 :49
Rusiya Prezidenti Vladimir Putin əmindir ki, dövlətlərarası münasibətlər çərçivəsində RF və Ukrayna qarşılıqlı anlaşma əldə etməyə nail olacaqlar.

Moskvada Rusiya prezidenti Vladimir Putinlə canlı yayım davım edir. Canlı yayım artıq 12-ci dəfədir keçirilir. Son məlumatlara görə, dövlət başçısına 2.5 milyondan çox sual ünvanlanıb.

Putin Rusiya vətəndaşlarının suallarını cavablandırarkən deyib: "Biz hamımız müəyyən emosiyaların təsiri altındayıq. Lakin əgər biz bir-birimizi sevir və hörmət ediriksə, bir-birimizi başa düşməyin yolunu tapşalıyıq. Düşünürəm ki, bir ailə çərçivəsində bunu etmək asandı, nəinki dövlətlər çərçivəsində. Lakin əminəm ki, hətta dövlətlərarası münasibətlər çərçivəsində biz Ukrayna ilə qarşılıqlı anlaşma tapacağıq. Ümid edirəm Ukraynada başa düşəcəklər ki, Rusiya Krımda başqa cür hərəkət edə bilməzdi".


14:14

Putin: Krım özünümüdafiə dəstəsinin arxasında Rusiya hərbiçiləri dayanmışdı.

Krımla bağlı ona ünvanlanan suallardan birinə cavab olaraq Rusiya prezidenti. Krım özünümüdafiə dəstəsinin arxasında Rusiya hərbiçilərinin dayandığını deyib. “ Krımda referendum keçirilməsini təmin etmək üçün, hərbiçilərimiz tapşırıqları som dərəcə korrekt və peşəkarcasına yerinə yetiriblər- Putin deyib. Vladimir Putin Ukraynada 38 ədəd S-300 qurğusu olduğunu diqqətə çatdıraraq bildirib ki, “vətəndaşları həmin silahlardan qorumaq lazım idi”.

13:17

AzVision.az xəbər verir ki, Putinə ünvanlananilk sual Ukraynanın şərqində baş verən hadisələrlə bağlı olub. Digər suallar da Ukrayna, Krım və Rusiyanın sosial problemini əhatə edir.

Qeyd edək ki, televiziya vasitəsilə birbaşa sualların cavabladırılması ənənəsini elə 2001-ci ildə Vladimir Putin qoyub.

Canlı yayım Rusiyanın bütün hazırda "Первый", "Россия 1", "Россия 24" kanallarında yayımlanır.



AzVision.az


Teqlər:  





Xəbər lenti