"Rusiya müharibənin əvvəlindəki səhvlərindən dərs çıxarıb" - CNN

   "Rusiya müharibənin əvvəlindəki səhvlərindən dərs çıxarıb" -    CNN
  29 Aprel 2022    Oxunub:1074
Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi fonunda işğalçılar hücum taktikasını dəyişərək, əvvəlki səhvlərini nəzərə almağa başlayıblar. AzVision.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məqalədə NATO-nun yüksək rütbəli rəsmisinə istinad edilir. Onun sözlərinə görə, Rusiya indi Ukraynanın şərqi ilə sərhədinə komandanlıq və nəzarət birlikləri yerləşdirib.

Valideynləri Ukraynada ölən amerikalı muzdlunu axtarır - FOTO
"Hücumlar indi bir qədər daha yaxşı əlaqələndirilir, lakin bu, kiçik birləşmələrlə həyata keçirilir. Yəni, helikopterlərlə dəstəklənən bölüklər səviyyəsində qurulur", - məqalədə yazılıb.

Nəşrin məlumatına görə, ABŞ və NATO rəsmiləri Rusiya qüvvələrinin Ukraynanın şərqindəki hücumlarınd müəyyən irəliləyişlər əldə etdiklərini deyirlər.

ABŞ rəsmiləri hesab edirlər ki, Vaşinqton Moskvanın hava və quru əməliyyatlarını birgə təşkili, eləcə də quru qüvvələrin bərpası istiqamətindı uğurlu addımlara dair bəzi sübutlar görüb.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, hazırda Rusiya qoşunları “yavaş və qeyri-bərabər” şəkildə irəliləyir.

Birləşmiş Ştatlar hesab edir ki, Rusiya ordusu əvvəllər, tank və zirehli texnika kolonlarında qida, yanacağın tükəndiyi zamanlarda buraxdığı səhvlərdən dərs almağa çalışır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   CNN  





Xəbər lenti