"Ruslar Mariupoldan qoşunların bir hissəsini çıxarır" - Pentaqon

   "Ruslar Mariupoldan qoşunların bir hissəsini çıxarır" -    Pentaqon
  29 Aprel 2022    Oxunub:805
Rusiyanın müstəqil Ukrayna ərazisinə davam edən genişmiqyaslı hərbi müdaxiləsi fonunda Moskva işğalçı qoşunların bir hissəsini artıq Mariupoldan çıxarmağa başlayıb. AzVision.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb. Məlum informasiyanı Pentaqon rəsmisi briffinq zamanı açıqlayıb.
"Rusiya müharibənin əvvəlindəki səhvlərindən dərs çıxarıb" - CNN
Qeyd edilir ki, Rusiyanın bəzi bölmələri Mariupolu tərk edərək şimal-qərbə doğru irəliləyir. Pentaqonun məlumatına görə, hələ də şəhər uğrunda döyüşlər davam edir. Nazirliyin rəsmisi qeyd edib ki, Rusiya hərbçiləri Mariupola tam nəzarət etmirlər və buna görə də işğalçılar həm raket, həm də hava zərbələri endirməkdə davam edir.

Onun sözlərinə görə, əgər şəhər tamamilə alınıbsa, onu bombalamağa davam etməyə ehtiyac yoxdur.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Mariupol   Pentaqon  



Xəbər lenti