Müharibə dəhşətlərini danışan ata: "Qızımı bağda basdırdım" - VİDEO

  Müharibə dəhşətlərini danışan ata:  "Qızımı bağda basdırdım" -  VİDEO
  29 Aprel 2022    Oxunub:1046
Ukraynada döyüşlər davam etdikcə müharibə dəhşətləri ilə bağlı yeni xəbərlər daha çox yayılır. AzVision.az xəbər verir ki, xarici KİV Donetsk vilayətinin sakini olan Nikolay Xarçenkonun başına gələn faciə haqqında videoreportaj paylaşıb.
"Atamı gözümün qarşısında güllələdilər" - Ukraynalı uşaq
O, övladının başına gələnləri göz yaşları içində danışıb. Xarçenko deyib ki, qəfl başlayan döyüşlər nəticəsində qızını itirib və onu bağlarında, armud ağacının altında basdırıb. Gözləri qarşısında övladının can verdiyini görə atanın sözlərinə görə, Rusiyanın onu nədən “azad etdiyini” hələ də anlaya bilmir.

- Biz zirzəmidə idik, amma qızım ora daxil olmağı çatdırmadı. Qəlpələr ona dəydi. Mən qızımı bağda, armud ağacının altında basdırmalı oldum, - ukraynalı ata göz yaşları içində danışıb.

O artıq xüsusi evakuasiya qatarı ilə aktiv döyüşlərin getdiyi bölgədən uzaqlaşıb. Xarçenko qızı ilə Donetsk vilayətinin Vremyevka kəndində yaşayırmış.

Qeyd edək ki, Ukrayna müharibəsi başlayandan sonra dinc əhali arasında xeyli itkilər qeydə alınıb. İnsanlar həlak olan yaxınlarını qəbiristanlıqlarda dəfn edə bilmirlər. Çünki həm məzarlıqlarda kütləvi toplaşmaq, hər hansı mərasimin təşkili qadağan edilib, həm də öz yaxınını dəfn etməyə gedənlərin özləri də gülləyə tuş gəlirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Müharibə  



Xəbər lenti