Ukraynanın dünənki itkiləri: 280 hərbçi ölüb, 1 "Bayraktar" vurulub

   Ukraynanın dünənki itkiləri:    280 hərbçi ölüb, 1 "Bayraktar" vurulub
  29 Aprel 2022    Oxunub:1417
Rusiya Aerokosmik Qüvvələri yüksək dəqiqlikli havadan buraxılan raketlərlə Ukraynada 10 hərbi obyekti, canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi 9 ərazini, həmçinin İliçevka kəndi yaxınlığındakı sursat anbarını məhv edib. AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov məlumat verib.
"Gecə aviasiyamız 112 hərbi obyekti vurub" - Rusiyalı general
O həmçinin qeyd edib ki, gecə ərzində artilleriya bölmələri tərəfindən 1000-ə yaxın atəş missiyası yerinə yetirilib.
Ukraynanın 21 komanda məntəqəsi və 107 artilleriya mövqeyi vurulub, 280-dən çox hərbçi isə öldürülüb.

- Artilleriya bölmələri gecə ərzində 975 atəş missiyasını yerinə yetirib. 69 istehkam, 763 canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi ərazi, həmçinin 107 artilleriya mövqeyi dağıdılıb. Zərbələr nəticəsində 280-dən çox millətçi və 38 texnika məhv edilib, - general deyib.

Nazirlik rəsmisi Rusiya hava hücumundan müdafiə sistemlərinin də son 24 saat ərzində effektli fəaliyət göstərdiyini açıqlayıb. Qeyd edilir ki, Rusiya-Ukrayna sərhədi yaxınlığında biri "Bayraktar-TB2" olmaqla 13 Ukrayna pilotsuz təyyarəsi vurulub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna  



Xəbər lenti