İrəvanda polislə tələbələr arasında toqquşma olub - VİDEO

   İrəvanda polislə tələbələr arasında toqquşma olub -    VİDEO
  29 Aprel 2022    Oxunub:968
Ermənistan müxalifətinin aprelin 25-dən paytaxt İrəvanda təşkil etdiyi etiraz aksiyaları bu gün də davam edib. AzVision.az xəbər verir ki, yerli media müddətsiz aksiyalara tələbələrin də qoşulduğunu yazıb.
İrəvanda 11 etirazçı saxlanılıb - 2 nəfər silah saxlamaqda şübhəli bilinir
Bu gün İrəvan Dövlət Universiteti binasında tələbələrin şüarlarla hakimiyyət əleyhinə aksiyaya cəhd etməsi isə toqquşmalara səbəb olub. Polis gənclərə qarşı güc tətbiq edərək aksiyanı dağıdıb. Fəallardan bir qismi saxlanılıb. Qeyd edilir ki, qırmızı beretlərin 18 yaşlı qızın əlini də qırıblar.

Xatırladaq ki, “Hayastan” müxalifət bloku aprelin 25-dən İrəvanda müddətsiz etiraz aksiyalarına başlayıb. Baş nazir Nikol Paşinyanın Qarabağla, Azərbaycanla aparılan danışıqlar prosesi ilə bağlı bir neçə rezonans doğuran bəyanatından sonra etiraz aksiyalarında fəallıq yarandı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Aksiya   İrəvan   Polis   Tələbə  



Xəbər lenti