Bjezinski: `Amerika Ukraynanı ruslar üçün Vyetnama çevirəcək` - VİDEO

Bjezinski: `Amerika Ukraynanı ruslar üçün Vyetnama çevirəcək` - VİDEO
  17 Aprel 2014    Oxunub:1086
Politoloq Zbiqnev Bjezinskinin fikrincə ABŞ, Rusiya ilə mübarizədə Ukraynanı hər bir cəhdlə dəstəkləməlidir, necə ki, bir zamanlar SSRİ Amerika ilə mübarizədə Vyetnama dəstək vermişdi. Bu, Birləşmiş Ştatların maraqlarına uyğun gəlir.

Dünən ABŞ dövlət katibi Con Kerri öz rusiyalı həmkarı Serqey Lavrova növbəti dəfə xəbərdarlıq etdi, rəsmi Moskvanın Ukrayna ilə bağlı atdığı addımları və onların mümkün fəsadlarını bir daha düşünməyə çağırdı. Ancaq görəsən, Rusiya bu çağırışlara məhəl qoyacaqmı? Bütün bu sualları Karter Administrasiyasının milli təhlükəsizlik üzrə məsləhətçisi Zbiqnev Bjezinski CNN telekanalına müsahibəsində cavablandırıb.

AzVision.az həmin müsahibəni təqdim edir:

- Necə düşünürsünüz, Rusiya qəsdən Ukraynanın şərq regionlarının özlərini müstəqil elan etmələrinə çalışır, yoxsa elə bir vəziyyət yaratmaq istəyir ki, sonradan özü müstəqilliklə bağlı danışıqlarda vasitəçilik etsin?

- Mən bir neçə həftə əvvəl Krımda baş verənlərlə, hazırda davam edən proseslər arasında nəzərəçarpacaq dərəcədə oxşarlıq görürəm. Bunu hadisələrin özü göstərir. Baxın, biz yenə də qəribə, demək olar ki, mafioz geyiminə bənzər, üzərində heç bir milli işarəsi olmayan formalar geyinmiş bandit qrupları görürük. Zahiri görünüşlərinə görə, həmin şəxslər Krımda gördüklərimizə hədsiz bənzəyirlər. Onlar indi də Ukraynanın bir neçə şərq şəhərlərində analoji “tryuklar” həyata keçirirlər. Bununla yanaşı, Rusiya iddia edir ki, gərginliyi yerli əhali yaradır. Güman ki, Rusiya, bu əraziləri ələ keçirməyin elə yollarını axtarır ki, xüsusi müqavimət göstərməsinlər və özləri Ukraynadan ayrılsınlar. Şayət, müqavimətlə qarşılaşarsa, hazırda sərhəddə cəmləşdirdiyi qüvvələrini Ukraynanın üzərinə göndərəcək. Qarşımızda beynəlxalq miqyaslı təhlükə var, beynəlxalq normaların və sabitliyin pozulacağı istisna olunmur. Düşünürəm ki, təkcə Ukrayna deyil, beynəlxalq ictimaiyyət təhlükə altındadır.

- Ukrayna Şərq regionları olmadan ayaqda qala bilməz. Ağır və hasilat sənayesi məhz həmin ərazilərdə cəmləşib. Necə düşünürsünüz, hadisələr sizin təxmin etdiyiniz ssenari üzrə inkişaf edərsə, Qərb hansısa addımlar atacaqmı? Avropada, deyəsən belə şeylərə bir az həvəssiz yanaşırlar, məsələn, götürək elə Rusiyadan enerjidaşıyıcılarının nəqlinə qoyulan qadağanı, axı avropalılar da bu baxımdan Rusiyadan asılıdır...

- Birincisi , Ukraynalıların atacağı addımdan çox şey asılılıdır. Əgər onlar Krımda etdikləri kimi müqavimət göstərməsələr, əlbəttə ki, beynəlxalq ictimaiyyət, mahiyyətcə ukraynalıların məğlubiyyətini qəbul edərək onları dəstəkləmək üçün həddindən artıq səy göstərməyəcək. Əgər onlar müqavimət göstərməyə qərar versələr, çox güman ki, addımbaaddım məğlub olacaqlar. Lakin buna rəğmən, yenə də mübarizə aparmağa davam edərlərsə həm qərb ölkələri ictimaiyyəti , həm də beynəlxalq ictimaiyyət, ölkələrə Ukraynaya yardım etmələri üçün təzyiq göstərəcək. Söhbət mümkün münaqişədə birbaşa hərbi iştirakdan yox, Ukraynanın silahla təmin edilməsindən gedir.

Sözün düzü, belə bir yardım həqiqətən də lazım ola bilər və biz bu yardımı göstərməkdən yayınmamalıyıq. Vyetnamda baş verənləri yada salın. Vyetnamlılarla müharibədə on minlərlə adam itirdik. Bəs onları kim silahlandırırdı? Rusiya. Müharibədə birbaşa iştirak etməsə də, ruslar Vyetnama silah göndərməkdən çəkinmədi, əksinə bu yolla öz beynəlxalq maraqlarını müdafiə etdiklərini düşünürdülər.

Hesab edirəm ki, biz də ən azından Rusiya kimi mövqe tutmalıyıq. Əgər ukraynalılar Rusiyaya qarşı müqaviməti seçərlərsə, onlara yardım etməliyik. Və əgər biz belə bir addım atacağımızı əvvəlcədən bəyan etsək, çox güman ki, onlar daha da ürəklənəcəklər. Öz növbəsində Rusiya da bilsə ki, Ukrayna müqavimət göstərəcək, belə bir həngaməyə başlamazdan əvvəl qərarını bir daha götür-qoy edəcək. Onlar arxayındılar ki, hər şeyi sakitliklə və təbii ki, öz xeyirlərinə yola verə biləcəklər.

- Sizcə prezident Obamanın getdiyi yol nə dərəcədə doğrudur?

- Özəl qaydada müzakirə olunan məsələrdən xəbərim yoxdur. Çəxəşım məqsədi konfidensial kanallar vasitəsilə Amerikanın niyyətinin ciddiliyini Ukraynaya çatdırım, qoy həm də Rusiyada bizim nə istədiyimizdən xəbərdar olsun. Hesab edirəm ki, biz Rusiyanı gözdən salmağa çalışmamalıyıq, əksinə elə bir təklif irəli sürməliyik ki, həmin təklifin şərtlərinə əsasən Ukrayna həm Avropa İttifaqı, həm də Rusiya ilə normal əməkdaşlıq qura bilsin. Bu yolla həm Qərb, həm də Rusiya Finlandiyanın yolu ilə gedərək Ukrayna münaqişəsini həll etmiş olarlar.

Səbinə Həsənova




Teqlər:  





Xəbər lenti