İrəvanda 200-dən çox etirazçı saxlanılıb

   İrəvanda    200-dən çox    etirazçı saxlanılıb
  03 May 2022    Oxunub:3186
Ermənistanda keçirilən etiraz aksiyaları zamanı saxlanılanların sayı artıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Robert Köçəryanın oğlu saxlanıldı - VİDEO (Yenilənib)
Bildirilir ki, saat 13:00-a olan məlumata görə, polis 200-dən çox etirazçını bölmələrə aparıb.
"Saxlanılanlarla bağlı statistikanı Ermənistan parlamentinin vitse-spikeri, "Hayastan" fraksiyasından olan deputat İşxan Saqatelyan mətbuat konfransında açıqlayıb. O qeyd edib ki, hazırda da polis müxalifət tərəfdarlarını "içəri salmaqa" davam edir", - məqalədə yazılıb.

Ermənistan parlamentinin vitse-spikeri qeyd edib ki, polis etirazçılara qarşı kobudluq nümayiş etdirir, onlara güc tətbiq edir. Daşnak siyasətçi onu da bildirib ki, müxalifət tərəfdarları hazırda bir sıra rayonlararası və magistral yolları bağlayıblar.

Onun sözlərinə görə, Sevan-Vardenis avtomobil yolu, Hrazdan və Eçmiədzindəki yollar bağlanıb. Ararat rayonunda, Gümrü, Vanadzor, Spitak, Aştarak, Aparanda da avtomobil yolları etirazçılar tərəfindən iflic edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İrəvan   Aksiya  



Xəbər lenti