"Bunkerlərimiz nüvə zərbəsinə dözümlüdür" - "Azovstal"ın rəhbəri

"Bunkerlərimiz nüvə zərbəsinə dözümlüdür" - "Azovstal"ın rəhbəri
  03 May 2022    Oxunub:4088
Mariupoldakı “Azovstal Metallurgiya Zavodu” şirkətinin baş direktoru Ənvər Tskitişvili BBC-yə müsahibəsində deyib ki, müəssisənin ərazisindəki beş bomba sığınacağı nüvə başlığının birbaşa zərbəsinə tab gətirmək iqtidarındadır.
Rusiya ordusu “Azovstal”a hücum edib
O qeyd edib ki, rəhbərlik hələ 2014-cü ildə Mariupol güclü artilleriya atəşinə məruz qalanda bomba sığınacaqları barədə düşünməyə başlayıb.

"Sovet İttifaqından qalan bomba sığınacaqlarını bərpa etməyə başladıq. Oradakı 36 sığınacaqda eyni zamanda 12006 nəfərin qala biləcəyini aydınlaşdırdıq",- deyən direktor zavodda 10 847 nəfərin çalışdığını bildirib.

Tskitişvili onu da deyib ki, Rusiyanın Ukraynaya müdaxiləsi ərəfəsində zavod işçiləri bunkerlərdə xeyli miqdarda içməli su və qida ehtiyatları toplayıblar ki, bu da orada uzun müddət yaşamağa imkan verir. O, əmindir ki, bu amil Mariupolun müdafiəçilərinə və dinc əhaliyə rus işğalçılarının birbaşa bombardmanı altında sağ qalmağa kömək edib.



Tural Tağıyev
AzVision.az


Teqlər:   Ukrayna   Nüvə  





Xəbər lenti