İrəvanda mitinq iştirakçısı ölüb

   İrəvanda mitinq iştirakçısı ölüb
  05 May 2022    Oxunub:1039
İrəvanda keçirilən mitinq zamanı etirazçılardan biri ölüb. AzVision.az xəbər verir ki, bu barədə yerli mediaya İrəvan Dövlət Tibb Universitetinin nümayəndəsi Şuşan Danielyan məlumat verib.
Qeyd edilir ki, o, müvəqqəti qurulmuş çadır düşərgəsində ürək tutmasından ölüb.

İrəvanda polislə etirazçılar arasında dava düşdü - VİDEO
- Naməlum vətəndaş təcili tibbi yardım maşını ilə ürək tutması diaqnozu ilə universitet xəstəxanasına aparılıb. Xəstəxanada reanimasiya tədbirləri həyata keçirilsə də, bütün səylərə baxmayaraq cəhdlər səmərəsiz olub, - Danielyan deyib.

Qeyd edək ki, aprelin 25-dən başlayaraq Ermənistanda etiraz aksiyaları keçirilir. İrəvanda isə müxalifət bir neçə gündür ki, aktiv küçə yürüşlərinə başlayıb. Onlar əsas nəqliyyat yollarını bağlayaraq baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İrəvan   Aksiya  



Xəbər lenti