"Mənə boya yox şərbət atdılar" - Rusiya səfiri

   "Mənə boya yox şərbət atdılar" -    Rusiya səfiri
  09 May 2022    Oxunub:794
Rusiyanın Polşadakı səfiri Sergey Andreyev ona edilən hücumdan danışıb. AzVision.az xəbər verir ki, “Rossiya 24” telekanalına açıqlama verən səfir hücum edənlər qırmızı boya deyil, adi şirin şərbət atdıqlarını söyləyib.
Rusiyanın Polşadakı səfirinə hücum ediblər - VİDEO
Səfir bu maddənin dadının şirin olduğundan ona şərbət atılması qənaətinə gəldiyini izah edib.

- Üstümüzə tökülən şərbət istisna olmaqla işçilərimizdən heç kim xəsarət almayıb, - diplomat deyib.

Xatıralaq ki, bu gün Rusiyanın Polşadakı səfiri Varşavada sovet əsgərlərinin qəbiristanlığına əklil qoymaq istəyərkən xoşagəlməz insidentlə üzləşib. Səfirlə bərabər əraziyə gələn nümayəndələrə qırmızı rəngdə maddə atılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Polşa  



Xəbər lenti