Putin Ukrayna ilə danışıqların dayandırıldığını bəyan edib

   Putin Ukrayna ilə   danışıqların dayandırıldığını bəyan edib
  14 May 2022    Oxunub:1390
Rusiya prezidenti Vladimir Putin Finlandiya prezidenti Sauli Niinistöyə Ukrayna ilə danışıqların dayandırıldığını, Kiyevin ciddi və konstruktiv dialoqda maraqlı olmadığını deyib. AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya prezidenti Finlandiyaya xəbərdarlıq etdi
"Liderlər Ukraynadakı vəziyyəti müzakirə ediblər. Xüsusilə Vladimir Putin ciddi və konstruktiv dialoqda maraqlı olmayan Kiyev tərəfindən faktiki olaraq dayandırılan Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar prosesinin vəziyyəti ilə bağlı öz qiymətləndirmələrini bölüşüb", - bəyanatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Ukrayna  



Xəbər lenti